Gənc Mühasiblər "Evdə qal, Maariflən!" layihəsinə start verdi

2020-03-28 14:38:57
Post Image

Təşkilat rəhbəri qeyd edib ki, layihə, silsilə ödənişsiz online seminarlardan (mühasibatlıq, vergi uçotu, PMP, psixologiya, time management və s.), iqtisadiyyat yönümlü film və kitabların paylaşılmasından və online yarışlardan ibarətdir. 

 

Layihənin məqsədi əhalini evdə qalaraq cəmiyyəti qorumağa təşviq etmək və evdə olduqları müddətcə maariflənmələrinə dəstək olmaqdır. Bugünə qədər layihə çərçivəsində GMBnin rəsmi facebook və instaqram səhifələri üzərindən öz sahələri üzrə mütəxəssis olan tanınmış təlimçilər online seminar vermiş, müxtəlif vaxtlarda, müxtəlif sahələrə uyğun online yarışlar təşkil edilərək qaliblər mükafatlandırılmış, eyni zamanda iqtisadiyyat sahəsinə aid kitab və filmlər paylaşılmışdır. 

 

Layihə, karantin rejiminin elan olunduğu 20.04.2020 tarixinə qədər davam edəcəkdir. Hər gün layihənin əhatə etdiyi auditoriya genişlənməkdədir. Layihənin, çox hissəsini gənclər təşkil edən auditoriya qrupu gündən-günə genişlənməktədir. Müxtəlif yaş təbəqəsindən olan insanlar layihəyə yaxından maraq göstərir, suallarını canlı yayınlar vasitəsilə təlimçilərə çatdırırlar. Bu da insanların, vaxtlarını səmərəli istifadə edərək xoş auraya köklənməsinə və özlərini inkişaf etdirmələrinə səbəb olur.

Yuxarı