COVID-19 virusunun yayılması artıq insanlığa xeyli əziyyət və böyük iqtisadi fəsad gətirdi. Çindəki məhsulların ixracındakı azalma dünyada hiss olunur. Bu, Çinin qlobal tədarük zəncirlərində, səyahət və mal bazarlarında açar və artan rolunu əks etdirir. Digər ölkələrin iqtisadiyyatlarında baş verən hadisələr, daha kiçik miqyasda olsa da, oxşar təsir göstərir. Böyümə perspektivləri çox qeyri-müəyyən olaraq qalır.
2020-ci ilin birinci rübündə Çində epidemiya öz pik həddinə çatacaqdır ki, bu da iqtisadi artıma nəzərə çarpacaq dərəcədə təsir edəcəkdir. 2019-cu ilin planına nəzərən baxsaq, iqtisadi geriləmə 1%-i keçəcəkdir.
Buna görə illik qlobal ÜDM artımının bütövlükdə 2020-ci ildə 2.4% -ə düşəcəyi praqnozlaşdırılır ki, bu da 2019-cu ilin zəif göstəricisi olan 2.9% -dən belə aşağıdır. Hətta 2020-ci ilin birinci rübündə bu göstərici mənfi ola bilər.
Çinin perspektivləri nəzərə çarpacaq dərəcədə yenidən nəzərdən keçirildi, bu il artım 5% -dən aşağı düşsə də, 2021-ci ildə 6% -dən yuxarı qalxası, çünki məhsuldarlıq tədricən virus başlamazdan əvvəl proqnozlaşdırılan səviyyələrə qayıdır.
Qarşılıqlı etibar, maliyyə bazarlarına, səyahət sektoruna və tədarük zəncirlərinə mənfi təsir, xüsusilə Yaponiya, Koreya və Avstraliya kimi Çin ilə güclü bir şəkildə əlaqəli olan bütün G20 ölkələrində 2020-ci ildə geriləməyə səbəb oldu.
Virus yayılmasının sürəti güman edildiyi kimi azaldılsa, epidemiyaya ən çox məruz qalmış iqtisadiyyatlarda hədəflənmiş siyasi tədbirlərin keçirilməsi ÜDM artımının 2021-ci ildə yüzdə 3'ə çatmasına kömək edə bilər.
Asiya-Sakit okean bölgəsində, Avropa və Şimali Amerikada geniş yayılan daha uzun və daha intensiv koronavirus xəstəliyi perspektivləri əhəmiyyətli dərəcədə zəiflədirdi. Bu vəziyyətdə, 2020-ci ildə qlobal böyümə, virusun yayılmasından əvvəl proqnozlaşdırılan nisbətin yüzdə 1-ə enməsinə səbəb ola bilər. Koronavirus və onun iqtisadi təsirini aradan qaldırmaq üçün hökumətlər sürətli və birgə şəkildə hərəkət etməlidirlər.
Hökumətlər, infeksiya və yoluxmanın qarşısını almaq üçün təsirli ictimai sağlamlıq tədbirlərini təmin etməli, səhiyyə sistemlərini və işçilərini dəstəkləmək, virusun yayılması zamanı həssas sosial qrupların və müəssisələrin gəlirlərini qorumaq üçün məqsədyönlü siyasət həyata keçirməlidir.
Dəstəklənən makroiqtisadi siyasətlər inamın bərpasına kömək edə bilər və virusun müalicəsinin asanlaşması tələbatın bərpasına kömək edə bilər, lakin məcburi dayandırılma və səyahət məhdudiyyətləri nəticəsində yaranan pozulmaların əvəzini çıxara bilməz.
Əgər mənfi risklər əhəmiyyətli dərəcədə artarsa və böyümə uzun müddət zəif görülərsə, effektiv səhiyyə siyasətini təmin etmək, məhdudlaşdırma və yumşaltma tədbirlərini təmin etmək, az gəlirli iqtisadiyyatları dəstəkləmək və maliyyə xərclərini birgə azaltmaq üçün əlaqələndirilmiş çoxtərəfli tədbirlər görmək planlaşdırılır.