Gənc Mühasiblər İctimai Birliyi Gəncə şəhərində seminar təşkil edib.

2022-04-12 09:02:56
Post Image

Gənc Mühasiblər İctimai Birliyi Gəncə şəhərində seminar təşkil edib.

Gənc Mühasiblər İctimai Birliyinin “Kiçik və Orta Sahibkarlıq mühasibləri üçün Peşəkar Mühasib Sertifikatı ilə bağlı maarifləndirici tədbirlərin təşkili” layihəsinin icrası davam edir. Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilir.

Layihə çərçivəsində nəzərdə tutulan mühasiblərin və mütəxəssislərin iştirakı ilə peşəkar mühasib sertifikatının əldə edilməsi prosesinin təşkili, PMS-in əhəmiyyəti, PMS almağın üstünlükləri, imtahanların keçirilməsi və mövzu ilə bağlı iştirakçıları maraqlandıran digər məsələlərin müzakirə edilməsi məqsədilə Gəncə şəhərində 9 və 10 aprel 2022-ci il tarixlərində mühasiblər üçün seminar təşkil olunub. Hər seminarda 15 mühasib olmaqla 30 nəfər iştirak edib. Seminara PMS üzrə mütəxəssis ,Azərbaycan Dövlət Aqrar Universitetində Mühasibat uçotu və Audit kafedrasının baş müəllimi İsa Şəfiyev təlimçi qismində dəvət olunub. Seminar GMB-in sədri Solmaz Əliyevanın çıxışı ilə açıq elan olunub. Daha sonra seminar müddətində nəzərdə tutulan mövzular üzrə İsa Şəfiyev məlumat verib və yekunda isə iştirakçı mühasiblərə maraqlı olan PMS imtahanı ilə bağlı suallarına cavablar verilib.

Yuxarı