“Gənc Mühasiblər" Şuranın təşəbbüsünə qoşularaq "Online Mühasibatlıq Xidməti” layihəsinə start verib

2020-04-01 12:59:08
Post Image

Təkilatımız “Online Mühasibatlıq Xidməti” layihəsinə start vermişdir. Layihə çərçivəsində şirkətlər və fiziki şəxslər üçün online platforma yaradılmış və onlara ödənişsiz mühasibatlıq xidməti göstərilməkdədir. Mühasibatlıqla bağlı problem yaşayan, vergi və mühasibatlıq xidmətlərinə ehtiyacı olan şirkət və fiziki şəxslər, qaynat xətt  və whatsapp grupu vasitəsiylə ödənişsiz xidmətdən yararlanmaqdadır. Eyni zamanda təşkilatın rəsmi facebook və instaqram səhifələrinə daxil olan suallar da cavablandırılmaqdadır. Gün ərzində bizə zəng edən insanlara həm sualların cavablandıraraq ödənişsiz mühasibatlıq xidməti göstəririk, həm də maarifləndirmə işləri aparırıq. 

Bundan öncə də təşkilatımız insanları evdə qalmağa təşviq edən və onların evdə qalaraq maariflənməsinə yardım məqsədi ilə “Evdə Qal, Maariflən” layihəsinə start vermişdir. Layihə, respublikada karantin müddəti bitənə qədər davam edəcəktir.

Problemin nə qədər qlobal, ciddi olduğunu nəzərə alaraq tərəfdaş qurumlarla birgə ölkəmizi ciddi şəkildə təhdid edən Koronavirusla mübarizədə bütün resursları səfərbər edərək hərkəsi Şuranın vaxtında atılmış vətənpərvər addımını dəstəkləməyə, xalqımızın təhlükəsizliyinin və sağlamlığının qorunması naminə üzərimizə düşən vəzifəni layiqincə yerinə yetirməyə çağırırq.

 

Yuxarı