“Gənc Mühasiblər” İctimai Birliyinin Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi “Peşəkar Mühasib” layihəsinin Gəncə və Xaçmazdan olan iştirakçıları ilə ilk təlimi baş tutmuşdur.
Mövzusu “Mühasibat uçotunda ilkin anlayışlar” olan təlimə Gəncədən 20, Xaçmazdan 10 nəfər iştirakçı qatılmışdır.
“Gənc Mühasiblər” İctimai Birliyinin sədri Solmaz Əliyeva layihənin açılışın edərək layihə haqqında geniş məlumat vermis və maliyyə dəstəyi üçün Azərbaycan Respublikasının Gənclər Fonduna öz dərin təşəkkürünü bildirmişdir.
Təlim iştirakçılar tərəfindən maraqla qarşılanmışdır.