Güvən Dostluq və Xeyriyyə Cəmiyyətinin sədri Nigar Bayramlı, Gənc Mühasiblər İctimai Birliyinin əməkdaşları, Lökbatan qəsəbəsində məskunlaşan və ağır şəraitdə yaşayan 100 məcburi köçkün ailəsinə ərzaq yardımı göstərərək, Qaradağ rayon Lökbatan qəsəbəsi 4 Saylı Birləşmiş Uşaq Xəstəxanasının Həkim Pediatrı Dr. Arzu İsmayılova ilə birgə gigiyenik qaydalar üzrə maarifləndirmə görüşləri həyata keçirmişlər. Ailələr, aksiya çərçivəsində spirt, maska, əlcək kimi zəruri tibbi ləvazimatlarla təmin olunmuşlardır. Aksiya iştirakçıları "Siz evdə qalın, biz gətirərik" şüarı ilə bu gün bir çox yaşlı nəslin nümayəndəsinin bu çətin günlərdə az da olsa sevincinə səbəb ola bildilər. Nümayəndələr bundan əlavə bu kimi yardım və maarifləndirmə tədbirlərini davamlı olacağını dilə gətirdilər.
İllərdir xeyriyyə işləri görən 1000lərlə ailənin üzünü güldüren GÜVƏN Xeyriyyə və Dostluq Cəmiyyəti nin sədri Nigar xanıma bu gür işlər gördüyü, bizimlə birgə yardımlaşma aksiyasına qoşularaq bizə göstərdiyi dəstəyə görə minnətdarlığımızı bildirirk